• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Koçaryanın bloku seçkilərin ilkin nəticələrini mübahisəli adlandırdı

Koçaryanın bloku seçkilərin ilkin nəticələrini mübahisəli adlandırdı

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın "Ermənistan" bloku növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin mübahisəli olduğunu və inandırıcı olmadığını bildirib.

Publika.az TASS-a istinadla verdiyi məlumata görə, bu barədə blokun yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Etimadsızlığın ən ciddi səbəbi fərqli seçki məntəqələrindən gələn yüzlərlə siqnaldır ki, bu da seçki nəticələrinin sistematik, əvvəlcədən planlaşdırılan şəkildə saxtalaşdırılmasına işarə edir. "Ermənistan" bloku bütün problemli məsələlər aydınlaşdırılana və şübhələr ortadan qaldırılana qədər seçki nəticələrini qəbul etməyəcək".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR