• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Gürcüstanda yerli seçkilərin tarixi məlum oldu

Gürcüstanda yerli seçkilərin tarixi məlum oldu

Gürcüstanda 2021-ci ilin yerli özünüidarəetmə seçkiləri 2 oktyabr tarixində baş tutacaq.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, bu barədə hakim partiyanın üzvü Şalva Papuaşvili parlamentin plenar iclasında açıqlama verib.

O qeyd edib ki, bu barədə ölkənin Seçki Məcəlləsinə edilən düzəlişlərdə əksini tapıb:

"Seçki kodeksində qeyd edilib ki, yerli özünüidarəetmə seçkiləri oktyabr ayının ilk şənbə günü baş tutacaq. Bu müddiaya əsasən, seçkilər 2021-ci ilin 2 oktyabr tarixində keçiriləcək", - deyə Ş. Papuaşvili əlavə edib.

Qeyd edək ki, seçki kodeksinə dəyişikliklər paketini parlament hazırda ikinci dinləmələrdə müzakirə edir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR