Ermənistanda qumbara PARTLADI: ölən və yaralanan var
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda qumbara PARTLADI: ölən və yaralanan var

Ermənistanda partlayış baş verib.

Publika.az xəbər verir ki, "Şamşyan" məlumat yayıb.

Bildirilir ki, hadisə Armavir bölgəsində, Eçmiədzindəki evlərin birində qeydə alınıb.

Belə ki, Saat 22.30 radələrində Vagharşapat polis şöbəsinə Zvartnots rayonu Aram Xaçatryan küçəsindəki evlərdən birində partlayışın baş verməsi barədə zəng daxil olub. Hadisə yerinə gələn polis evin otağında bir kişi meyiti aşkarlayıb. Daha bir nəfərin son dərəcə ağır diaqnozla "Vaqarşapat" tibb mərkəzinə aparılıb.

Polis və müstəntiqlər ölənin Eçmiədzin sakini 48 yaşlı George Asatryan, yaralının isə 33 yaşlı Ruben Papoyan olduğunu aşkar ediblər.

Faktla bağlı Armavir Regional İstintaq İdarəsinin rəisi S. Tonoyanın qərarı ilə istintaq qrupu yaradılıb.

İlkin məlumata görə, evin qonaq otağında qumbara partladılıb. Nəticədə G. Asatryan yerindəcə ölüb, Papoyan isə ağır yaralanıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm