Erməni generaldan ŞOK ETİRAF: "Ordudan təkcə nazir və baş qərargah rəisi qalıb"
Bizi izləyin

Cənubi Qafqaz

Erməni generaldan ŞOK ETİRAF: "Ordudan təkcə nazir və baş qərargah rəisi qalıb"

"Vaxt var idi Konstitusiya Gününün mənası vardı, onu qeyd etmək mənalı idi. Bu gün davamlı şəkildə Konstitusiyanın yarandığı günü – 5 iyulu necə qeyd edək?"

Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə nazirinin müavini, general Artak Zakaryan feysbuk səhifəsində paylaşımında yazıb. O, 2018-ci ildən etibarən bu tarixlərin tədricən mənasını itirdiyini qeyd edir.

A.Zakaryan, həmçinin yazır: “Silahlı qüvvələr gününü - 28 yanvar tarixini necə qeyd edək ki, ordudan təkcə nazir və baş qərargah rəisi qalıb, ölkə təhlükəsizliyinin qarantı deyiləndə isə Rusiyanın dövlət rəmzləri yada düşür”.

Ölkəsinin bayram günlərini xəcalət günləri kimi qeyd etməli olduğunu məsləhət görən sabiq nazir müavini yazır: “Mayın 8-ni, noyabrın 9-nu (Kapitulyasiya günü) və iyunun 20-ni (Paşinyanın rəhbərlik etdiyi partiyanın seçkilərdə qalib gəldiyi gün) “milli biabırçılıq günləri” kimi qeyd etmək daha ədalətli olardı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm