• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Gürcüstan yoluxma sayına görə 9-cu pilləyə yüksəldi

Gürcüstan yoluxma sayına görə 9-cu pilləyə yüksəldi

Gürcüstan koronavirusa yoluxma faizinə görə dünya ölkələri sırasında 9-cu yerdədir.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” dünyada əhalinin hər 100 min nəfərinə düşən yoluxma sayı ilə bağlı ölkələr arasında aparılan araşdırmaların nəticələri əsasında məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən həftə ərzində Gürcüstanda orta yoluxma 2496 nəfər təşkil edib. Bu da əhalinin hər 100 min nəfərinə 67 yoluxma deməkdir.

Gürcüstanda son iki həftə ərzində yoluxma halı 102 faiz artıb.

Bundan əvvəl isə Gürcüstan 17-ci yerdə olub.

Qeyd edək ki, Gürcüstanda son sutkada koronavirusa 2 712 yeni yoluxma faktı təsdiqlənib, 25 nəfər vəfat edib. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 416 338-ə, ölənlərin sayı 5 793-ə çatıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR