İrəvanda atışma: Biznesmenin avtomobili atəşə tutuldu
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda atışma: Biznesmenin avtomobili atəşə tutuldu

İrəvanın mərkəzində erməni biznesmenə məxsus avtomobil atəşə tutulub.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə paytaxtın Xancyan küçəsindəki “Vernisaj” bazarının yaxınlığında baş verib. Saat 00:40-da həmin rayonda silah səsləri eşidilib. Polis hadisə yerində 8 ədəd boş giliz aşkarlayıb.

“Range Rover” markalı avtomobil isə Respublika meydanından tapılıb. Avtomobilin adı açıqlanmayan biznesmenə məxsus olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm