Gürcüstanda bayraqlar endirildi: "Beş günlük müharibə" anılır
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda bayraqlar endirildi: "Beş günlük müharibə" anılır

Bu gün Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqust ayında baş vermiş müharibədən 13 il ötür.

Publika.az xəbər verir ki, avqustun 8-də başlamış müharibə ən yeni tarixə “Beş günlük müharibə” və “Avqust müharibəsi” kimi daxil olub.

Hərbi əməliyyatlar zamanı Gürcüstanın 170-i hərbçi, 14-ü hüquq-mühafizə orqanlarının əməkdaşı, 224-ü isə dinc sakin olmaqla, 408 nəfər vətəndaşı həlak olub, 2 232 nəfər yaralanıb, 26 min nəfər qaçqın vəziyyətinə düşüb.

Bu gün müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Grücüstanın prezident sarayı, hökumət administrasiyası, parlament binası, digər dövlət idarələrində və diplomatik nümayəndəliklərdə bayraqlar endirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm