Ermənistanda itkin düşən hərbçilərlə bağlı İZDİHAM: hökumət cavab vermir
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda itkin düşən hərbçilərlə bağlı İZDİHAM: hökumət cavab vermir

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin binası ətrafına toplaşan hərbi əsirlərin və itkin düşmüş şəxslərin valideynləri övladlarının taleyi haqqında məlumat verilməsi, onların sağ-salamat olmaları və yaxud ölmələrinin dəqiqləşdirilməsi üçün təsirli addımlar atmağı tələb edirlər.

Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, 44 günlük müharibənin iştirakçılarından bir qrupunun valideynləri Xidmətin rəhbərliyi ilə görüş tələb ediblər. Onlar müvafiq strukturlara hərbçilərin cəsədlərini əks etdirən videolar təqdim etsələr də, bu müddət ərzində heç bir tədbirin görülməməsindən şikayətlənirlər. Valideynlər 11 ay ərzində müntəzəm olaraq bütün dövlət strukturları ilə əlaqə saxladıqlarını, Nikol Paşinyanın özü ilə görüşdüklərini, ancaq tutarlı nəsə eşitmədiklərini və heç kimin faktiki addım atmadığını söyləyirlər. Həmin valideynlərindən biri deyib: “Son məlumatlara görə, 244 nəfərin itkin düşdüyünü elan edirlər, lakin artıq heç kimə inanmırıq. Bu gün övladlarımızın taleyi ilə heç kimin maraqlanmadığının şahidi oluruq. Artıq səbrimiz tükəndi, çünki bütün strukturları ziyarət etdik, amma konkret heç nə yoxdur. Hər dəfə söz verəndə deyirlər: get, biz hər şeyi edəcəyik, amma 9 aydır ki, heç nə etmədiklərinin şahidi oluruq”.

İtkin düşmüş hərbçilərin valideynləri Nikol Paşinyanla son görüş barədə də danışıblar: “Sonuncu dəfə görüşəndə Baş nazir heyrətamiz bir açıqlama verdi. Dedi ki, bəlkə də uşaqlarımız Azərbaycanda əsirdir, amma geri qaytarılmasa nə etməliyəm?”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm