Saakaşvili Gürcüstan iqtidarını sərt tənqid etdi
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvili Gürcüstan iqtidarını sərt tənqid etdi

Sabiq Gürcüstan prezidenti Mixeil Saakaşvili, Gürcüstanın panidemiya ilə mübarizə siyasətini tənqid edib.

Publika.az xəbər verir ki, Saakaşvili bu barədə sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Gürcüstan əhali sayına baxımından virusdan adambaşına düşən ölüm göstəricisi ilə dünyada birinci sıradadır:

"Allahım, onlar necə qorxmurlar, verdikləri qərarlar sayəsində bu qədər insan həyatını itirir. Ölkəyə beynəlxalq tərəfdaşlarımız tərəfindən ayrılımış yarım milyard dollardan sonra, Gürcüstan dünya miqyasında adambaşına düşən ölüm göstəricisinə görə ilk sıradadır. Onlar ayrılımış bu məbləği özlərinə villa tikmək üçün istifadə edirlər. İvanişvili, Tikaradze "Muşketlər", bunların bir az da olsa insanlıqları qalıbsa, gecə necə yatırlar?! Onların verdikləri qərarlar çox sayda insanın ölümü ilə birbaşa əlaqədədir. Ölümü məğlub etməyimizin yeganə yolu İvanişvilini məğlub etməkdir - Tezliklə Gürcüstanda", - deyə Saakaşvili qeyd edib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm