Rusiya dağılmış erməni ordusunu qurur: Karapetyan “silah baronları” ilə birlikdə
Bizi izləyin

Cənubi Qafqaz

Rusiya dağılmış erməni ordusunu qurur: Karapetyan “silah baronları” ilə birlikdə

Ermənistan müdafiə naziri Arşak Karapetyan Moskvada rusların “silah baronları” ilə görüşüb: Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev və “Rosoboroneksport”un direktoru Aleksandr Mixeyev.

Karapetyanın “İrkut”, “KamAZ”, “Uralvaqonzavod” və “Taktiki raket silahları” korporasiyasının rəhbəri ilə də görüşü gözlənilir.

“İrkurt” şirkətinə Su-30 qırıcılarını istehsal edən “İrkutsk” aviasiya zavodu da daxildir. “KamAZ” və “Uralvaqonzavod” T-72 tanklarının yeni modifikasiyalarını və T-90 tanklarını istehsal edir. “Taktiki raket silahları” korporasiyası isə müxtəlif tipli raketlər buraxır.

Ermənistan Rusiyadan 4 dənə Su-30SM raketləri almışdı, lakin raketlərinin olmadığı üçün müharibədə istifadə edə bilmədiyi deyilir. Görünür, raketləri bundan sonra almağı planlaşdırır. Bununla yanaşı, 44 günlük müharibədə ümumilikdə 366 tank itirib: 287-si məhv edilib, 79-u qənimət götürülüb. Bu itkinin yerini doldurmağa çalışırlar.

Rusiya da həm Ermənistanda təsir imkanlarını saxlamaq, həm də Azərbaycanı rus silah almağa təşviq etmək üçün dağılmış erməni ordusunu yenidən qurur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm