Ermənistan parlamentində Azərbaycan Prezidentinə görə dava düşdü – FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan parlamentində Azərbaycan Prezidentinə görə dava düşdü – FOTO

Ermənistan parlamentində dava düşüb.

Publika.az
xəbər verir ki, “Ermənistan” blokunun üzvü Seyran Ohanyanla spiker Alen Simonyan fasilə zamanı mübahisə edib. Daha sonra “Şərəfim var” blokunun üzvü Anna Mkrtçyanın çıxışı hakim bloku deputatları tərəfindən qəzəblə qarşılanıb.

Anna Mkrtçyan Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında geri çəkilməkdə, Azərbaycan liderinin Zəngəzur və İrəvanla bağlı fikirlərinə heç bir cavab verməməkdə, qorxaqlıqda ittiham edib.

Zalda olan Paşinyan deyilənlərə heç bir reaksiya verməsə də, hakim partiyanın deputatlarının sərt reaksiyasından sonra səs-küy başlanıb.

“Ermənistan” və “Şərəfim var” blokunun üzvləri Paşinyana sərt suallar ünvanlayıb və onu xəyanətdə ittiham ediblər. Ardınca hakim partiyanın deputatları onlara yerlərindən cavab verib.

Spikerin göstərişi ilə təhlükəsizlik işçiləri zala daxil olub və müxalif deputat Anna Mkrtçyanı çıxarmağa çalışıb. Bundan sonra dava başlayıb. Qarşıdurma nəticəsində müxalifətçi deputat Artsvik Minasyan xəsarət alıb, onun köynəyi cırılıb. Müxalif deputatlar “xain Nikol” şüarları səsləndirib.

Baş verənləri lentə alan jurnalistlər də təzyiqə məruz qalıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm