COVID-19 YAŞ TANIMIR: Üçüncü uşaq virusun qurbanı oldu
Bizi izləyin

Cənubi Qafqaz

COVID-19 YAŞ TANIMIR: Üçüncü uşaq virusun qurbanı oldu

Koronavirusa yoluxmuş altı yaşlı uşaq Gürcüstanda I. Tsitsishvili Tbilisi Uşaq Xəstəxanasında dünyasını dəyişib.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə xəstəxananın tibb müdiri Maya Çxeidze məlumat verib.

"Uşağı klinikamıza çatdırılan kimi intubasiya etdik və süni tənəffüsə bağladıq. Bu uşağın çox vaxt müşayiət olunan xəstəliklərin siyahısı var idi: uşaq serebral iflici, epileptik sindrom, psixomotor sferada ciddi geriləmə. Təəssüf ki, koronavirus daha çox inkişaf etdi", - deyə Çxeidze əlavə edib.

O, qeyd edib ki, bu, Gürcüstanda koronavirus səbəbindən 3-cü ölüm hadisəsidir:

"İyulun 20-də Abxaziyadan olan bir körpənin müalicəsi nəticə vermədi və öldü. İyulun 16-da isə Gürcüstanda ilk körpə ölümü qeydə alınıb. Bütün uşaqlar I. Tsitsişvili Uşaq Klinikasında müalicə alıblar".

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm