Azərbaycan yeni əməliyyata hazırlaşır, Rusiya isə... - Ermənilər QORXU İÇƏRİSİNDƏ/VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycan yeni əməliyyata hazırlaşır, Rusiya isə... - Ermənilər QORXU İÇƏRİSİNDƏ/VİDEO

Video əlavə olunub.

xxx

Xəbər verdiyimiz kimi, İranın Qarabağa qanunsuz yük daşımasına adekvat cavab olaraq Azərbaycan polisi Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində İran nömrəli yük maşınlarının sürücülərinin sənədlərini və yüklərini yoxlayır.

Publika.az xəbər verir ki, olduqca ciddi şəkildə aparılan yoxlama prosesi Ermənistan ictimaiyyətində təşvişə səbəb olub.

Erməni mediası Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisindən keçən hissəsində ölkəmizin həyata keçirdiyi yoxlama tədbirlərindən erməni əhalisinin narahat olduğunu, hətta buna inanmaq istəməyənlərə isə məlum prosesi özləri üçün “dəhşətli bir həqiqət” hesab etdiklərini yazıb.

“Bu məsələ absurd deyil, dəhşətli bir həqiqətdir ki, dövlətimiz Ermənistandan Qarabağa rahat gediş-gəlişin dayandırıldığını, Azərbaycan polisinin yoxlama prosesi ilə buna son qoyduğunu bildirir. Üstəlik artıq bu mərhələ başlayıb, sürücülər, İran nömrəli yük maşınları yoxlanılır. Narahatıq ki, Azərbaycanın bu münasibətindən bizə qarşı sürprizlər ola bilər. Belə bir vəziyyətdə Azərbaycanın həm Rusiyaya, həm də kimə istəsə tələb irəli sürəcəyi aydındır. Azərbaycan Rusiyaya başqa ölkələrin vətəndaşlarının və onların nəqliyyat vasitələrinin Bakının razılığı olmadan Qarabağa girə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Artıq proses icra olunur, Bakının razılığı olmadan başqa ölkələrin nəqliyyat vasitələri Qarabağ ərazisinə daxil ola bilmirlər. Bakı son açıqlamalarında kifayət qədər qətiyyətlidir. Ola bilər ki, Azərbaycan tərəfi sərt bir əks-hücum əməliyyatına da hazırdır, hətta buna başlaya bilər. Azərbaycan tərəfi Rusiya ilə əlaqələri gücləndirir, danışqılar aparılır, Moskva istədiklərini verməsə belə, onlar yenə də buna hazırdır. Bəs Nikol Paşinyan hökuməti nəyə hazırdır?! Azərbaycanın bu addımına qarşı bu həlim davranış nə deməkdir?!” - hayeli.am saytı belə qeyd edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm