"Paşik, parlamenti təhvil ver" - Erməni döyüşçü Nikola XƏBƏRDARLIQ ETDİ
Bizi izləyin

Cənubi Qafqaz

"Paşik, parlamenti təhvil ver" - Erməni döyüşçü Nikola XƏBƏRDARLIQ ETDİ

"Nikol, sənə və ailənə lənət olsun. Sən bizi uduzdurdun. Ona görə də sənə qarşı vətəndaş itaətsizliyi mitinqlərdə daha geniş vüsət alacaq. Sən xalq qarşısında hesabat verəcəksən".

Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu 44 günlük müharibənin iştirakçılarından olan sahibkar Tiqran Yeqoyan deyib.

Keçmiş döyüşçü bildirib ki, Basarkeçərdə Nikol Paşinyan əleyhinə 16 sentyabrda başlatdığı aksiyaların davamını gətirəcək: "Vətəndaş itaətsizliyi aksiyalarının davamı olacaq. Hazırda Göyçədəyəm. Burada vəziyyət acınacaqlıdır. Burada türk məhsulları satılır. Yerli bazar bağlanıb. Sahibkarlar öz məhsullarını sata bilmirlər. Çünki türk məhsulları onların bazarını "öldürüb". Paşik, xəbərdarlıq edirəm, parlamenti təhvil ver. Bunu təcili elə, çünki hər keçən dəqiqə dövlətçiliyimizi itiririk".

Qeyd edək ki, Tiqran Yeqoyanın üzvü olduğu Daşnaksütyun partiyası da hazırkı baş nazirə qarşı vətəndaş itaətsizliyi mitinqlərinin başlayacağını söyləyib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm