• USD 1,7000 0,00% EUR 1,9803 -0,04%
    • GBP 2,3480 +0,28% RUB 0,0240 +0,42%

Azərbaycan ərazisinə keçmiş ermənilər qaytarıldı

Azərbaycan ərazisinə keçmiş ermənilər qaytarıldı

Azərbaycan öz ərazisinə keçmiş iki Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib.

Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan tərəfi saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb.

"Bu, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhədçiləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində edildi", - məlumatda deyilir.

Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yayıb.

Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR