Saakaşvili həbsxanadan tərəfdarlarına müraciət etdi
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvili həbsxanadan tərəfdarlarına müraciət etdi

Gürcüstanda saxlanılan eks-prezident Mixail Saakaşvili cəzaçəkmə müəssisəsindən tərəfdarlarına məktub göndərib.

Publika.az "İnterfaks"a istinadla xəbər verir ki, sabiq prezident Kiyevdən Gürcüstana gələrkən saxta ittihamlarla saxlanılacağını gözlədiyini bildirib.

“Mənim və daha önəmlisi Gürcüstanın azadlığı sizin fəallığınızdan və yaxın günlərdəki mübarizənizdən asılıdır. Beynəlxalq dəstək də bundan asılıdır. Şübhə etməyin və sona qədər inanın ki, qələbəmiz öz əlimizdədir”, - məktubda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm