Tbilisidə "Mişaya Azadlıq" adlı genişmiqyaslı etiraz aksiyası başladı
Bizi izləyin

Cənubi Qafqaz

Tbilisidə "Mişaya Azadlıq" adlı genişmiqyaslı etiraz aksiyası başladı

Gürcüstanın müxtəlif regionlarından gələn vətəndaşlar "Mişaya Azadlıq" şüarları ilə Azadlıq Meydanına toplaşıblar.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, aksiyaya bölgələrdən minlərlə insan qatılıb.

Etirazçıların əsas tələbi Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin azad olunmasıdır.

Eyni zamanda aksiya iştirakçılarından bəziləri Mixail Saakaşvili həbsdən çıxana qədər Tbilisidə qalacaqlarını və mitinq keçirəcəklərini söyləyirlər.

Aksiyada həmçinin Mixail Saakaşvilinin vətəndaşlara müraciəti oxunacaq.

Qeyd edək ki, hazırda Respublika Meydanında nəqliyyatın hərəkəti dayandırılıb və əraziyə çox sayda Polis qüvvələri səfərbər edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm