Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi tövsiyə olunur
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi tövsiyə olunur

Gürcüstanda həbsdə saxlanılan keçmiş prezident Mixeil Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi tövsiyə olunur.

Publika.az xəbər verir ki, bu barədə ona baş çəkən həkimlərdən biri Zurab Pağava jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, siyasətçinin hazırkı vəziyyəti narahatlıq doğurmasa da, gələcək ağırlaşmaların qarşısını almaq üçün onun klinikaya yerləşdirilməsi məsləhət görülür: “Xəstəxanaya təcili yerləşdirilmə tələb olunmur. Lakin Mixeil Saakaşvilinin sağlamlıq durumunun həkimlərin nəzarəti altında saxlanılması məsləhət görülür. Onun vəziyyətində yaxın saatlarda, günlərdə ciddi ağırlaşmalar yarana bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm