Saakaşvili ilə bağlı İLGİNC İTTİHAM: süd məhsulları daşıyan...
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvili ilə bağlı İLGİNC İTTİHAM: süd məhsulları daşıyan...

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur.

Publika.az xəbər verir ki, bu barədə "Mtavari Archi" TV məlumat yayıb.

Bildirilib ki, keçmiş prezidentə artıq rəsmi ittiham irəli sürülüb.

Bundan əvvəl Gürcüstan prokurorluğu sərhədi qanunsuz keçmə faktı üzrə Saakaşviliyə qarşı ittiham qərarı çıxarmışdı.

Qurum çərşənbə günü keçmiş prezidentin Ukraynadan Gürcüstana gəldiyi marşrutla barədə ətraflı məlumat verib: "O, süd məhsulları daşıyan treylerdə səyahət edib"

Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçmə haqqında iş üzrə artıq üç nəfər həbs edilib - treyler sürücüsü Elqudja Pomaya, həmçinin Poti limanının iki əməkdaşı.

Çərşənbə günü ölkənin Daxili İşlər Nazirliyi bu işlə məşğul olan dördüncü şəxsin həbs olunduğunu açıqlayıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm