Paşinyanın fotolarına ETİRAZ
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın fotolarına ETİRAZ

Ermənistanın baş naziri Nikol Paşinyanın fotolarının dövlət idarələrinə məcburi şəkildə vurulması etirazlara səbəb olub.

Publika.az Ermənistanın "Joxovurd" nəşrinə istinadla xəbər verir ki, Nikol Vovayeviçin şəkillərinin dövlət idarələrinə vurulması prosesi son günlər daha da sürətlənib.

Hakimiyyətin bu addımı bəzi idarə və qurumlar tərəfindən narazılıqla qarşılanıb.

Onlar baş nazirin fotolarını idarələrdə görmək istəmədiklərini bildiriblər.

Hətta Paşinyanın tərəfdarlarından bəziləri sosial şəbəkələrdə açılan müzakirələrdə bu işin könüllü şəkildə gerçəkləşməsinin tərəfdarı olduqlarını vurğulayıblar.

Məsələyə aydınlıq gətirən ədliyyə naziri Rüstəm Badasyan isə bildirib ki, Nikol Paşinyanın fotolarının rəsmi qurumlara vurulması ilə bağlı qərar var:

"Buna hökumət tərəfindən qərar verilib. Fotoların hazırlanması isə dövlət hesabınadır".

Badasyanın son cümləsi sosial şəbəkələrin Ermənistan seqmentində qəzəb və ironiya ilə qarşılanıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm