Vəkili Saakaşvilinin vəziyyətindən danışdı
Bizi izləyin

Cənubi Qafqaz

Vəkili Saakaşvilinin vəziyyətindən danışdı

"Ötən gecə Mixeil Saakaşvilinin analizində həyati vacib göstəricilərdən biri kritik həddə düşüb və reanimatoloqların müdaxiləsi zəruri olub".

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri Mixeil Saakaşvilinin vəkili Dito Sadzaqlişvili onunla görüşdən sonra jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, reanimatoloqların müdaxiləsindən sonra Saakaşvilinin vəziyyəti stabilləşib:

"İndi üçüncü prezident aclıq mərhələsinin kritik həddinə qədəm qoyur və hər an səhhətinin pisləşməsi gözlənilir. Saakaşviliyə təcili tibbi yardım göstərilməsi gündəmdə olacaq".

Qeyd edək ki, Mixeil Saakaşvili artıq 25 gündür ki, həbsxanada aclıq aksiyası keçirir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm