Baş nazirdən Saakaşvili ilə bağlı ŞOK SÖZLƏR: Oktyabrın 30-da...
Bizi izləyin

Cənubi Qafqaz

Baş nazirdən Saakaşvili ilə bağlı ŞOK SÖZLƏR: Oktyabrın 30-da...

"Saakaşvilinin bu teatrı oktyabrın 30-da başa çatacaq, xalq artıq yoruldu, bu sadəcə ayıbdır”.

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili keçmiş prezident Mixeil Saakaşvili ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, Saakaşvili prezident olanda qanundan üstün olduğunu düşünürdü:

"Saakaşvili prezident olanda qanundan üstün olduğunu düşünürdü. Buna görə də əhaliyə zülm edirdi, insanları iş yerlərindən, evlərindən də məhrum etdi. O, partiyası və cəlladları ilə insanlara işgəncə verdi, zorladı. O ehtiyatsız, kəm ağılı və hesaba almadığı addımları ilə gəldi və uzun müddət oturacağı həbsxanaya düşdü. O, cəmiyyəti simulyasiya edən, yalan danışan, təhqir edən hiyləgər adamdır. Əgər şəxs könüllü olaraq aclıq aksiyası keçirirsə, o, həbsxana rəhbərliyinin qaydalarına və protokoluna tabe olmalıdır".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm