• USD 1,7000 0,00% EUR 1,9208 -0,23%
    • GBP 2,2592 -0,02% RUB 0,0230 +0,43%

Saakaşvilinin vəkili Gürcüstana buraxılmadı

Saakaşvilinin vəkili Gürcüstana buraxılmadı

Gürcüstanın həbsdə olan eks prezidenti Mixeil Saakaşvilinin ukraynalı vəkili Gürcüstana buraxılmayıb.

Publika.az xəbər verir ki, bu barədə onun vəkili Yevgeni Qruşoveç şəxsi Feysbuk səhifəsində videopaylaşım edib.

Qruşoveçin sözlərinə görə, sərhədçilər səbəb bildirmədən onu deport edərək gəldiyi təyyarə ilə geri qaytarıblar:

"Mən öz təcrübəmdə gürcü qonaqpərvərliyini sınaqdan keçirdim. Məni Tbilisi aeroportuna buraxmadılar, bunun səbəbini izah etmədilər. Pasportumu əlimdən aldılar və ekipaj komandirinə verdilər. Mixeil Saakaşviliyə görə gəldiyimi izah etdim, amma təəssüf ki, yenə də geri, Ukraynaya deport etdilər".

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR