Tbilisidə etiraz aksiyası başladı - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Tbilisidə etiraz aksiyası başladı - FOTO

Gürcüstan müxalifəti paytaxt Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, mitinqdə "Vahid Milli Hərəkat" partiyası, "Lelo", "Droa" və digər müxalif partiyaların liderləri və tərəfdarları iştirak edirlər.

Aksiyada çıxış edən müxalif liderlər, ötən gün baş tutmuş yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turunun nəticələrini tanımadıqlarını bəyan edirlər.

Parlament və hökumət binasının yaxınlığına əlavə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.

Məlumat üçün qeyd edək ki, ötəngünkü seçkilərin nəticələrinə əsasən, hakim "Gürcü Arzusu" partiyası 20 şəhər və bələdiyyənin 19-da səs çoxluğu ilə müxalifətə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm