Koçaryanın məhkəməsi yenidən başladı: bəhanə gətirdi
Bizi izləyin

Cənubi Qafqaz

Koçaryanın məhkəməsi yenidən başladı: bəhanə gətirdi

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın işi üzrə növbəti məhkəmə prosesi yenidən başlayıb.

Publika.az hayeli.am saytına istinadla xəbər verir ki, eks-prezident məhkəmədə iştirak etməyib.

Xocalı soyqırımının təşkilatçılarından olan Robert Koçaryanın vəkili Hayk Alumyan bildirib ki, keçmiş prezident karantinə alındığı üçün prosesə qatıla bilməyib:

"Eks-prezidentin yaxın qohumlarından bir nəfər koronavirusa yoluxub. Koçaryan da bir neçə dəfə onunla yaxın təmasda olduğu üçün karantinə alınıb. Keçmiş prezidentdə koronavirusun bəzi əlamətləri hiss olunub. Ona görə də Koçaryan test vermək məcburiyyətində qalıb. Test nəticələri bəlli olmadığı üçün keçmiş dövlət başçısı məhkəmə prosesinə qatıla bilmir".

Dövlət ittihamçıları isə Robert Koçaryanın bu səbəbdən məhkəməyə gəlməməsini inandırıcı hesab etməyib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm