Cənubi Qafqaz
Zurabişvili Saakaşvili məsələsinə NÖQTƏ QOYDU: yox və heç vaxt...
"Keçmiş prezidentin əfv olunması ilə bağlı mövqeyim qətidir və dəyişməzdir - yox və heç vaxt".
Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə deyib.
S.Zurabişvilinin sözlərinə görə, keçmiş prezident nə siyasi həbs, nə də günahsızlıq qurbanı meyarlarının heç birinə cavab vermir.
“Keçmiş prezidentin əfv olunması ilə bağlı mövqeyim qətidir və dəyişməzdir. Xeyr və heç vaxt. Sabiq prezident nə siyasi həbs, nə də günahsızlıq qurbanı meyarlarına aid deyil. O, ölkəyə könüllü və qeyri-qanuni yollarla daxil olub, ölkəyə girişi sabitliyi pozmaq məqsədi daşıyan məhkumdur. Buna baxmayaraq, yüksək ictimai və siyasi maraq doğurur. Onu xüsusi məhbus hesab etmək lazımdır, bu məsələyə Penitensiar Xidmət və Hökumətdən xüsusi diqqət tələb edilir. Sağlamlığın pisləşməsinin siyasi spekulyasiya və ya sabitliyin pozulması üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün tədbirləri həyata keçirin. Bunun üçün maksimum şəffaflıq və hər hansı ağırlaşma əlamətlərinə vaxtında reaksiya tələb olunur. Mən bu məsələyə qayıtmayacağam”, - S.Zurabişvili söyləyib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!