• USD 1,7000 0,00% EUR 1,9208 0,00%
    • GBP 2,2592 0,00% RUB 0,0230 0,00%

Saakaşvilinin anası Zelenskiyə müraciət etdi - VİDEO

Saakaşvilinin anası Zelenskiyə müraciət etdi - VİDEO

Mixeil Saakaşvilinin anası Quli Alasaniya, Saakaşvilinin Ukraynaya köçürülməsi üçün Vladimer Zelenskiyə müraciət ünvanlayıb.

Publika.az xəbər verir ki, bu barədə video müraciət Mixeil Saakaşvilinin şəxsi "Facebook" səhifəsində yayımlanıb.

Müraciətdə Q. Alasaniya, Saakaşvilinin düzgün müalicə alması, ona lazımi qayğının göstərilməsi və sağ qalması üçün Ukraynaya aparılmasını xahiş edib:

"Mən Saakaşvilinin anasıyam. Biz çıxılmaz vəziyyətdəyik. Oğlumu gözümün qabağında öldürürlər. Bizə dəfələrlə kömək edən cənab Zelenskiyə müraciət etmək istərdim, indi onun dəstəyinə və köməyinə xüsusi ehtiyacımız var. Düzgün müalicə alması, ona lazımi qayğının göstərilməsi və sağ qalması üçün Saakaşvilinin bir yol ilə buraya, Ukraynaya gətirilməsini xahiş edirəm.

O, 35 gündür aclıq aksiyası keçirir. Ancaq bu onları narahat etmir. Təklif etdikləri bircə həbsxana xəstəxanasıdır ki, orada da müvafiq mütəxəssislər yoxdur, belə xəstələrin müalicəsi üçün ümumiyyətlə şərait yoxdur. Mən sizə, Ukrayna xalqına və millət vəkillərinə həqiqətən ümid edirəm. Müraciətim Ukrayna hakimiyyətinə və əlbətdə ki, ilk növbədə cənab Zelenskiyədir", - deyə Saakaşvilinin anası qeyd edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR