Gürcüstanda şok hadisə - Polisə 14 dəfə atəş açıb qətlə yetirdi
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda şok hadisə - Polisə 14 dəfə atəş açıb qətlə yetirdi

Gürcüstanın Xobi bələdiyyəsinin Çaladidi kəndində polis bölməsində qətl hadisəsi baş verib.

Polis əməkdaşı həmkarına odlu silahdan 14 dəfə atəş açaraq onu öldürüb.

Hər iki polis əməkdaşı növbədə olub. İnsidentdən öncə onların mübahisə etdikləri bildirilir.

Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi hələ məlumat yaymayıb. Qətli törədən şəxsin saxlanılıb-saxlanılmadığı məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm