Gürcüstanda ikinci dəfə zəlzələ oldu
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda ikinci dəfə zəlzələ oldu

Noyabrın 8-də saat 21:34-də Gürcüstanda gün ərzində ikinci dəfə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, 3,5 bal gücündə olan yeraltı təkan Gürcüstanın Zalqa rayonunun Məmişlər kəndi yaxınlığında qeydə alınıb.

Bundan əvvəl saat 18:58-də yenə də Məmişlər kəndi yaxınlığında 3,6 bal gücündə zəlzələ baş verib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Amma əhali çaşqınlıq içərisindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm