Koçaryan Paşinyanı HƏDƏLƏDİ: mütləq qovacağıq...
Bizi izləyin

Cənubi Qafqaz

Koçaryan Paşinyanı HƏDƏLƏDİ: mütləq qovacağıq...

Ötən gün İrəvanda keçirilən mitinqdə “Ermənistan” blokunun rəhbəri, keçmiş prezident Robert Koçaryan ölkənin baş naziri Nikol Paşinyanı hədələyib.

Publika.az xəbər verir ki, bu barə Ermənistan mətbuatı yazır.

Kütlə qarşısında çıxış edən Koçaryan deyib ki, ölkənin, Qarabağın başına gələnlər iqtidarın, bir siyasi qrupun mərhəməti ilə baş verib:

“Biz bütün bunlara dözməyə hazırıqmı, etiraf etməyə hazırıqmı ki, Ermənistanda yalnız qiymətlər, qurbanların sayı, ölənlərin sayı, məzarların sayı, yoxsulluq artır. Bunu qəbul edə bilmərik. Bu, reallıqdır və bütün bunlara qarşı mübarizə aparmağa gəlmişik.

Biz mübarizə aparacağıq və onları ya barrikadalarla, ya da seçkilərlə mütləq qovacağıq. Hər şey yaxşı olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm