Məhkəmə Saakaşviliyə telefonla danışmaq haqqı verdi
Bizi izləyin

Cənubi Qafqaz

Məhkəmə Saakaşviliyə telefonla danışmaq haqqı verdi

Bu gün, 7 noyabr hadisələri ilə bağlı baş tutan məhkəmə iclasında hakim sabiq prezident Mixeil Saakaşviliyə telefonla danışmaq hüququ verib.

Publika.az xəbər verir ki, bu barədə qərarı hakimlər kollegiyası - Lia Orkodaşvili, Nino Elieşvili və Maia Kokiaşvili verib.

Saakaşvilinin növbəti məhkəmə prosesi isə 29 noyabr, saat 11:00-a təyin olunub.

Qeyd edək ki, Mixeil Saakaşvili 2007-ci il noyabrın 7-də nümayişçilərin kütləvi şəkildə döyülərək dağıdılmasında, İmedi TV-yə zorla müdaxilədə və Badri Patarkatsişvilinin əmlakını zorla ələ keçirməkdə ittiham olunur.

Faktlarla bağlı 5 ildən 8 ilədək həbs cəzasını nəzərdə tutan Cinayət Məcəlləsinin 333-cü bəndi ilə cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm