Ermənilər ŞOKDA: ordumuz Zəngəzurda daha bir POST QURUR
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilər ŞOKDA: ordumuz Zəngəzurda daha bir POST QURUR

Noyabrın 15-dən etibarən Azərbaycan Qafan-Çakaten yolunda gömrük məntəqəsi quracaq.

Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Noyabrın 15-də saat 00:00-da Azərbaycan tərəfi sərhəd-gömrük nəzarətinin həyata keçirilməsi üçün Qafan-Çəkətən yolunda sərhəd-gömrük nəzarəti məntəqəsi yaradacaq.

Ermənistan tərəfi də güzgü prinsipi ilə sərhəd və gömrük nəzarəti məntəqələri yaradacaq.

Eyni zamanda, alternativ yolun bu ilin sonuna kimi hazır olacağı bildirilir", - məlumatda deyilir.

Xatırladaq ki, Azərbaycan artıq Qoris-Kapan yolunun bir hissəsində sərhəd-gömrük nəzarəti postu qurub. Hərəkət alternativ Şunuayr-Tatev-Qafan yolu ilə həyata keçirilir. Bundan əlavə, Vorotan və digər yaxın kəndlərə alternativ yollar çəkilir. Lakin bu yollar tam hazır olana qədər Vorotan, Şurnux və Bartçravan kəndlərini ancaq kiçik sərnişin avtomobilləri idarə edə bilirlər.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm