• USD 1,7000 0,00% EUR 1,9076 0,00%
    • GBP 2,2618 0,00% RUB 0,0225 0,00%

Ukraynanın Ombudsmanını Saakaşvili ilə görüşə buraxmadılar

Ukraynanın Ombudsmanını Saakaşvili ilə görüşə buraxmadılar

Ukrayna Ombudsmanı Lyudmila Denisova eks-prezident Mixeil Saakaşvili ilə görüşə buraxılmayıb.

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə L.Denisova jurnalistlərə müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, görüşdən imtinanın səbəbi rəsmi olaraq hələ açıqlanmayıb:

"Mixeil Saakaşvili ilə görüşməyimə icazə verilmədi. Hazırda rəsmi cavabın hazırlandığını deyirlər. Mən həbsxana rəhbəri ilə də görüşmək istəyirdim. Direktorun xəstə olduğunu bilirəm, amma onun vəzifəsini yerinə yetirən biri ilə də görüşməyi planlaşdırırdım".

Ədliyyə naziri Rati Breqadze isə buna səbəbin Mixeil Saakaşvilinin sağlamlığını qorumaq olduğunu deyib:

"Gürcüstan qanunları Ukraynanın Xalq Müdafiəçisinin həbsxanaya sərbəst şəkildə daxil olmasını nəzərdə tutmur və buna ehtiyac da yoxdur, bizim buna öhdəliyimiz də yoxdur. Ona görə də məhkum tibb müəssisəsində olarkən onun sağlamlığını sona qədər qorumaq üçün əlimizdən gələni etməyə borcluyuq və bu səbəblərdən hələ də Xalq Müdafiəçisi qəbul olunmayıb".

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR