Ermənilərin gizli saxlanılan DƏHŞƏTLİ İTKİLƏRİ: onlarla ölü, xeyli sayda YARALI və İTKİN - VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilərin gizli saxlanılan DƏHŞƏTLİ İTKİLƏRİ: onlarla ölü, xeyli sayda YARALI və İTKİN - VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı uğursuz genişmiqyaslı təxribatlar törədib.

Azərbaycanın Ordusu tərəfindən görülən qəti tədbirlər nəticəsində qarşı tərəfin hücumunun qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin bölmələri canlı qüvvə və texnika sarıdan itki verərək geri çəkilməyə məcbur edilib.

Publika.az xəbər verir ki, dünənki döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin 23 hərbçisi həlak olub, 46 nəfər yaralanıb. Yaralıların 14 nəfərinin vəziyyəti ağırdır. Ermənilərin 100 hərbçisi isə itkin düşüb

İki strateji yüksəklik düşməndən azad olunub, ermənilərin iki postu darmadağın edilib.

Ermənistan Silahlı Qüvvələrinə məxsus minaatanlar, iri və orta çaplı pulemyotlar, dəzgah minatanlar (AQS tipli), müxtəlif markalı snayper və anti-snayper tüfəngləri, tank əleyhinə reaktiv qurğular, əl qumbaraları, gecəgörmə və nişan-hədəfalma cihazları, müxtəlif çaplı patronlar, piyada və tank əleyhinə minalar, avtomobillər, hərbi texnika və s. hərbi qənimət qismində ələ keçirilib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi rəsmi açıqlamasında bu rəqəmləri gizlədib. 1 hərbçisinin öldüyünü, 13-nün əsir düşdüyünü, daha 24-nün isə taleyi barədə heç bir məlumat olmadığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm