Saakaşvili huşunu itirərək yıxıldı
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvili huşunu itirərək yıxıldı

“Gürcüstanda həbsdə olan keçmiş prezident Mixeil Saakaşvilinin vəziyyəti pisləşib. O, bu gün huşunu itirərək yıxılıb”.

Publika.az xəbər verir ki, bunu onun vəkili Beka Basilaya jurnalistlərə məlumat verib.

Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib ki, M.Saakaşvilinin sağlamlıq durumu sabitdir. Qeyd olunub ki, həkim-reanimatoloq tezliklə mətbuat üçün açıqlama ilə çıxış edəcək.

Qeyd edək ki, sabiq dövlət başçısı oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, noyabrın 8-də Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidəki Qldani həbsxanasının klinikasına yerləşdirilib. M.Saakaşvili saxlanıldığı gündən artıq 49-cu gündür aclıq aksiyası keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm