Bakı ilə danışıqlar gizli aparılır – Ovannisyan
Bizi izləyin

Cənubi Qafqaz

Bakı ilə danışıqlar gizli aparılır – Ovannisyan

Ermənistan çox gərgin proseslə üz-üzədir və hər bir potensial müzakirə vacibdir.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin Mülki Müqavilə Partiyasından olan deputatı Artur Ovannisyan deyib.

Onun sözlərinə görə, demək olar ki, bütün danışıqlar gizli şəkildə aparılır.

“Əslində, danışıqlar heç vaxt açıq aparılmır, demək olar ki, həmişə gizli olur”, - Ovannisyan bildirib.

Parlamentin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan da qeyd edib ki, bu işdə məxfilik son dərəcə zəruridir, çünki bu, həm də sərhəddə qüvvələrin yerləşməsinə aiddir:

“Bu, yeni toqquşmalara səbəb ola biləcək yeni qaynar nöqtələr yaratmamaq üçün çox diqqətlə aparılmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm