Azərbaycanlı gənclər Gürcüstan Prezidenti ilə görüşdü
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycanlı gənclər Gürcüstan Prezidenti ilə görüşdü

Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani sarayında “Plüralizm və demokratiya naminə yeni nəsil” forumunun iştirakçıları ilə görüşüb.

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, görüş zamanı Azərbaycan əslli gənclər tərəfindən bir sıra məsələlər prezidentin diqqətinə çatdırılıb. Görüşdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev də qatılıb.

O bildirib ki, azərbaycanlı gənclər təhsil, mədəniyyət, sosial və digər sahələrdə narahat edən məsələlər barədə danışıblar. Sözügedən layihənin Kvemo Kartli üzrə kardinatoru, ictimai fəal Samirə Bayramova bildirib ki, görüş zamanı etnik azlıqların mədəniyyətlərinin inkişafı ilə bağlı mövcud problemlər və bu sahədə dövlət büdcəsinin olmaması, 1+4 proqramı ilə gürcü dilini öyrənən universitet tələbələrinin hazırlıq kursunda təhsil haqqı ödəməsi, Novruz bayramı ilə bağlı Gürcüstanda 21 mart tarixinin qeyri-iş günü olaraq elan olunması ilə bağlı parlamentin qəbul etdiyi qərar və s. məsələlər prezidentin diqqətinə çatdırılıb.

Görüşdə regionda ictimai, sosial və siyasi fəaliyyətlər də müzakirə olunub.

Gənclər etnik azlıqların simvolik dövlət idarələrində iştirakını qınayıblar. Etnik azlıqların xüsusən də prezident administrasiyasında təmsil olunmadıqları bildirilib.

Prezidentlə görüşdə gənclər leytenant, Abxaziya müharibəsi iştirakçısı "Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə "Vaxtanq Qorqasali" ordeni ilə təltif olunan Ənvər Hümbətovun adının əbədiləşdirilməsi məsələsini də gündəmə gətiriblər.

Qeyd edək ki, sözügedən lahiyə Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Vətəndaş Şurası, Maks Plank Beynəlxalq Sülh və Qanunun Aliliyi Fondu ilə birlikdə Almaniya Hökumətinin dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi Gürcüstan gənclərini demokratik proseslərə, müxtəlifliyə və gender bərabərliyinə təşviq etməkdir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm