Gürcüstan 8 ölkənin vətəndaşlarına yeni qayda tətbiq edir
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan 8 ölkənin vətəndaşlarına yeni qayda tətbiq edir

Koronavirusun yeni növünün yayılmasl ilə əlaqədar 8 ölkənin vətəndaşlarının Gürcüstana girişi ilə bağlı qaydalar tənzimlənir.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökuməti yayıb.

Qeyd olunub ki, vətəndaşlığından asılı olmayaraq, son 14 gün ərzində aşağıdakı ölkələrə səfər etmiş hər bir şəxs Gürcüstana daxil olarkən 14 günlük karantin məkanında təcrid/karantinə yerləşdiriləcək.

Həmin ölkələr bunlardır:

Cənubi Afrika
Botsvana
Zimbabve
Namibiya
Lesoto
Svazilend
Mozambik
Malavi

“14 günlük təcrid/karantindən sonra şəxslər PCR müayinəsindən keçməli olacaqlar.

Gürcüstan vətəndaşlarına gəlincə karantin mehmanxanası və PCR müayinəsi xərcləri dövlət tərəfindən, xarici vətəndaşlar üçün isə özləri tərəfindən ödəniləcək. Qərar Koordinasiya Şurası tərəfindən bu ölkələrdə yeni "Omicron" koronavirus ştamının aşkarlanması ilə əlaqədar qəbul edilib və noyabrın 28-dən qüvvəyə minəcək",-məlumatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm