Paşinyan rüşvət piramidası qurub - Surenyants
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan rüşvət piramidası qurub - Surenyants

"Nikol Paşinyan hakimiyyəti rüşvət piramidası qurub. Onlar həmişə təmiz əllərdən danışıblar, amma əslində Ermənistanda "yeni rüşvət piramidası"nı da məhz onlar formalaşdırır".

Publika.az erməni mediasına istinadən xəbər verir ki, bunu erməni siyasətçi Suren Surenyants deyib.

O bildirib ki, Nikol Paşinyanın komandası yerli özünüidarəetmə seçkilərində qalib gəlmək üçün hər yola əl atır: "Paşinyanın komandasında rüşvətlə səs alanlar da var. Bunu necə etdikləri tam olaraq bəlli deyil. Yəqin ki, onların bəd əməlləri tezliklə üzə çıxacaq. Xalq kapitulyatora bel bağlamamalıdır. Paşinyan heç də siyasətdə "ağ adam" deyil. Bir müddət sonra bunu hamı anlayacaq".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm