Azərbaycan hərbçilərinin tapıntısı Ermənistan Müdafiə Nazirliyini ifşa etdi - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycan hərbçilərinin tapıntısı Ermənistan Müdafiə Nazirliyini ifşa etdi - FOTO

Azərbaycan hərbçiləri Zod qızıl mədəni yaxınlığında Su-25 hərbi təyyarəsinin fraqmentlərini tapıblar.

Publika.az xəbər verir ki, bu faktı Ermənistan Müdafiə Nazirliyinin saxtakarlarından biri üzə çıxarıb.

Hələ 44 günlük müharibənin ilk günlərində nazirlikdən bildirilib ki, guya Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistana məxsus Su-25-i vurub. Əslində isə o zaman səmada iki erməni Su-25-i toqquşub. Ermənistan Müdafiə Nazirliyi tərəfindən hadisədə xəyali Türkiyə F-16-sının iştirakına dair heç bir sübut təqdim olunmayıb.

Azərbaycan hərbçilərinin bu yaxınlarda aşkar etdikləri tapıntılar hadisəyə aydınlıq gətirib. Azərbaycanlı mütəxəssislər üçün ekspertiza aparmaq və Su-25-in düşməsinin əsl səbəbini müəyyən etmək çətin olmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm