Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ
Bizi izləyin

Cənubi Qafqaz

Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ

İrəvanın təşəbbüsü ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər Qarabağ ətrafında vəziyyətin inkişafı, eləcə də Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiq edilib.

Qeyd edək ki, bu, son bir həftədə ikinci telefon danışığıdır. Bundan əvvəlki söhbət avqustun 2-də olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm