İrəvandakı partlayışda "sui-qəsd" ssenarisi...
Bizi izləyin

Cənubi Qafqaz

İrəvandakı partlayışda "sui-qəsd" ssenarisi...

İrəvanda ticarət mərkəzindəki partlayış Ermənistanda siyasi qüvvələrin mübarizəsinə təsir edə bilər: müxalifət hökuməti ittiham edir, hakimiyyətə yaxın media isə artıq “sui-qəsd nəzəriyyələri” haqda mötərizələr açır;

Mümkündür ki, “sui-qəsd” ssenarisi bir qədər də inkişaf etdirilsin və bundan iki istiqamətdə istifadə olunsun:

- Erməni ictimai rəyində gündəm dəyişir: müxalifətin Laçın şəhərinin Azərbaycana təhvil verilməsi, ümumilikdə Qarabağ məsələsi üzərindən apardığı piar zəifləyir;

- Media tərəfindən “sui-qəsd” ssenarilərində revanşistlərin də adı bu və ya digər formada hallandırıla və bundan siyasi təzyiq olaraq istifadə edilə bilər;

Partlayışın gün ərzində bütün metro stansiyalarına, parlamentə və bir sıra hərbi obyektlərə bomba qoyulması haqda verilən anonim məlumatlar fonunda baş verməsi də “sui-qəsd” ssenarisini qüvvətləndirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm