Cənubi Qafqaz
Ermənistanın eks-prezidentlərinin görüşü "DALANA DİRƏNDİ"

Bu gün Ermənistanın keçmiş prezidentlərinin Eçmiədzin kilsəsində baş tutmalı olan görüşü təxirə salınıb.
Publika.az xəbər verir ki, bütün ermənilərin katalikosu II Qareginin təşəbbüsü ilə baş tutmalı olan görüş Robert Koçaryan və Serjik Sarkisyanın gecikməsi səbəbindən təxirə düşüb.
Görüşdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla yanaşı, Robert Koçaryan, Serj Sarkisyan, eləcə də Qarabağdakı separatçıların keçmiş liderləri - Bako Saakyanla Arkadi Qukasyan bi araya gələcəkdilər.
Məlumata görə, görüşdə Ermənistanın düşdüyü hazırkı durum və Azərbaycanla imzalanacaq sülh müqaviləsi ilə bağlı fikir mübadiləsi aparılmalı idi.
Görüşün əsas müzakirə mövzularını isə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müəyyənləşdirdiyi iddia edilir.
Görüşün qarşıdakı günlərdə katalikosun iqamətgahında keçiriləcəyi vurğulanır.
Tural Turan

-
Nida Xəbər 01:05
Leyla Əliyevadan təbrik paylaşımı: oğullarına təşəkkür etdi - FOTO
-
Hadisə01:00
Sumqayıtda XAOS: Taksilər avtobusların hərəkətinə mane olurlar - VİDEO
-
Magazin100:33
Mehin Hümbətova tamamilə dəyişdi - VİDEO
-
Qoroskop00:14
Günün ULDUZ FALI: Gəlirli gün olacaq
-
Dünya1 Dekabr 23:59
Dövlət rəsmisi “uydurma ölkə" ilə müqavilə imzaladı - ara qarışdı
-
Hadisə1 Dekabr 23:14
Bakıda ödəmə terminallarına qənim kəsilən şəxsdən xəbər var - FOTO
-
Hadisə1 Dekabr 23:08
Bakıda məktəbli qız döyüldü - TƏFƏRRÜAT / AÇIQLAMA – FOTO
-
Sosial1 Dekabr 22:49
300 dollarlıq gömrük limiti endirilir? - VİDEO