Gürcüstan-Rusiya sərhədində BÖYÜK TIXAC: ruslar 40 saat gözləyir... - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan-Rusiya sərhədində BÖYÜK TIXAC: ruslar 40 saat gözləyir... - FOTO

Rusiyada qismən səfərbərlik edildikdən sonra bu ölkədən Gürcüstana üz tutan insanların sayı durmadan artır.

Səfərbərlikdən qaçan ruslar Gürcüstan sərhədini keçmək üçün təxminən 40 saata qədər gözləməli olurlar.

Publika.az xəbər verir ki, hazırda Rusiya ilə Gürcüstan arasındakı yeganə quru sərhəd olan Yuxarı Lars sərhəd keçid məntəqəsində ümumi uzunluğu 20 kilometrdən çox olan tıxac yaranıb.

Sentyabrın 23-də axşam saatlarında Rusiya tərəfində sərhəddə 2 min minik avtomobili Gürcüstana keçmək üçün növbə gözləyib. Sentyabrın 24-də isə bu rəqəm azı 2 dəfə artıb. Hazırda Rusiya tərəfində tıxacın uzunluğu 20 kilometrdən də bir qədər çoxdur. Tıxacın artmasına səbəb Rusiya tərəfindən hərbi çağırış yaşlı insanların sərhədi keçmələrinə tətbiq olunan qadağalardır.

Hərbi çağırışdan yayınmaya görə vətəndaşların 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması ilə bağlı Rusiya Prezidentinin imzaladığı sərəncam vəziyyəti daha da gərginləşdirib. İndi bəzi insanlar bu qadağalara məhəl qoymadan qeyri-qanuni yolla Gürcüstana keçməyə cəhd göstərirlər. Bu isə Gürcüstan tərəfində ciddi narahatlıq yaradır.

Gürcüstan sərhəd polisi gücləndirilmiş iş rejiminə keçib.

  • Gürcüstan-Rusiya sərhədində BÖYÜK TIXAC: ruslar 40 saat gözləyir... - FOTO

Oxumağa davam et
Reklam
Reklam

Gündəm