Paşinyan qapalı görüş keçirəcək: Qazaxın 7 kəndi qaytarılır?
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan qapalı görüş keçirəcək: Qazaxın 7 kəndi qaytarılır?

Ermənistanın baş naziri Nikol Paşinyan hakim partiyanın deputatları ilə qapalı görüş keçirəcək.

Publika.az
xəbər verir ki, Ermənistan mediası Paşinyanın öz komandasının üzvləri ilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüş məsələsini müzakirə edəcəyini iddia edir.

“Hraparak” nəşri Paşinyanın komanda üzvlərinin qorxu içində olduğunu yazır.

“Onların bəziləri artıq baş nazirin nə deyəcəyini bilirlər, digərləri isə son hadisələrə əsaslanaraq, Paşinyanın yeni güzəştlərdən danışacağını düşünür. Zəngəzur dəhlizi, anklavlar (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi - red) və digər məsələlər ola bilər”, - qəzet yazır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm