Cənubi Qafqaz
Saakaşvili məhkəmə iclası zamanı huşunu itirdi
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili məhkəmə iclası zamanı huşunu itirib.
Publika.az xəbər verir ki, bu barədə siyasətçinin amerikalı vəkili Massimo Danqelo jurnalistlərə bildirib.
“Bu gün bizə məlum oldu ki, Saakaşvili dünən prokurorluğun nümayəndələri onun otağına soxularaq məhkəməni təşkil etməyə cəhd etdikdən sonra yüksək təzyiq nəticəsində huşunu itirib”, - vəkil bildirib.
Danqelonun sözlərinə görə, Saakaşvili nevroloq tərəfindən yoxlanılıb və o, acınacaqlı mənzərə görüb.
Saakaşvilinin xəstəxanada məhkəməsi oktyabrın 4-də keçirilib. Prokuror Levan Vepxvadzenin məhkəmə prosesi başa çatdıqdan sonra dediyi kimi, müttəhim ifadə verməkdən imtina edib. Vəkillər də öz növbəsində sabiq prezidentin xəstələndiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini iddia ediblər.
Sərhədi qanunsuz keçmə ilə bağlı növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin edilib.
Xatırladaq ki, 2021-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərindən bir gün əvvəl Gürcüstana gizli şəkildə gələn Saakaşvili həbs olunaraq Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. O, özünü siyasi məhbus adlandıraraq dərhal aclıq aksiyasına başlayıb. Keçmiş prezidentin səhhəti pisləşdikdən sonra o, əvvəlcə Tbilisinin kənarındakı həbsxana xəstəxanasına, sonra isə Qori şəhərindəki xəstəxanaya köçürülüb. 2021-ci ilin dekabrında o, yenidən Rustavi həbsxanasına aparılıb. Sabiq prezident həbsxanada ağır xəstəliklərə tutulduğunu dəfələrlə bəyan edib.
M.Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. O, xəstəxanaya bu il mayın 12-də köçürülüb. "Report")
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?