Cənubi Qafqaz
"Bu gün Avropada çox kəskin enerji böhranı yaşanır"

Bu gün Avropanın, eləcə də dünyanı bütövlükdə ciddi narahat edən iki problem var. Bunlardan biri Ukraynada gedən müharibədir. Biz Gürcüstan hökuməti olaraq bütün müharibələrin əleyhinəyik və sülhün tərəfdarıyıq.
Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili söyləyib.
Onun sözlərinə görə, Avropanı narahat edən ikinci problem enerji təhlükəsizliyi məsələsidir.
“Bu gün Avropada çox kəskin enerji böhranı yaşanır. Ona görə ki, Rusiya artıq Avropaya qaz tədarükünü xeyli azaldıb və faktiki olaraq indi Avropa ölkələri Rusiyanı əvəz edəcək mənbələr axtarırlar”, – deyə Qaribaşvili vurğulayıb.
Onun sözlərinə görə, vəziyyət, əlbəttə ki, qısa müddətdə çox da asan olmayacaq. Təbii ki, Ukraynadakı müharibə bütün Avropa üçün böyük çağırışdır. İkinci Dünya müharibəsindən sonra Avropada belə bir böhran olmayıb.

-
Gözəllik18:00
Pakistanlı Əli ilə azərbaycanlı Nərgizin sevgi hekayəsi - FOTOLAR
-
Sosial17:00
Cibi də yandırır, evi də: Bu lampalardan istifadə edin ki...
-
Hadisə16:15
Elgünün ölümündən əvvəl son VİDEOSU
-
Elm və təhsil14:58
İxtisası deyil, qrupu seçməyin fəsadı: Bu fənni tədris edəcək müəllimlər tapılmayacaq
-
Maraq dünyası14:00
Üç min illik tarixi olan cənnət: Bu şəhərdə əbədi bahar var - FOTOLAR
-
Ekologiya13:15
Sabah hava yağmursuz keçəcək
-
Sosial12:39
Döyülərək öldürüldüyü deyilən Elgün intihar edib? - Rəsmi açıqlama
-
Sosial12:25
Yeni "Quli" peyda oldu: Böyük "müharibə" olacaq - FOTO