Lukaşenkodan Paşinyana sərt sözlər: “Sanki başqa iş yoxdur”
Bizi izləyin

Cənubi Qafqaz

Lukaşenkodan Paşinyana sərt sözlər: “Sanki başqa iş yoxdur”

Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla görüşdə Ermənistan hakimiyyətini tənqid edib.

Publika.az
xəbər verir ki, Lukaşenko KTMT-nin Azərbaycan-Ermənistan sərhədinə niyə cəlb olunduğunu anlaya bilmədiyini deyib.

“Müəyyən bir oyun gedir, mən bu oyunun nə olduğunu anlayıram. Avropa İttifaqını niyə ora gətirdilər? Niyə ATƏT-i cəlb etdilər? Bəllidir. Vasitəçilər orada nə edəcəklər?!”, - o deyib.

Belarus prezidenti qeyd edib ki, Rusiyanın Azərbaycan və Ermənistan arasında vasitəçi olması kifayətdir: “Müharibə başa çatıb, onun necə başa çatdığı aydındır. Tərəflər vasitəçi kimi Rusiyanı seçiblər. Bəs vasitəçi varsa, KTMT-ni bura niyə cəlb etmək lazımdır. Sanki başqa heç bir iş yoxdur”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm