İrəvanda atışma: xəsarət alanlar var
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda atışma: xəsarət alanlar var

İrəvanda atışma nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Shamshyan.com kriminal xronika saytı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, cümə günü saat 08:50 radələrində Erebuni polis şöbəsinə eyniadlı tibb mərkəzindən güllə yarası almış iki nəfərin xəstəxanaya çatdırıldığı və əməliyyat olunduğu barədə məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alanların kimliyini öyrənib, onların İrəvan sakinləri olduğu üzə çıxıb: 47 yaşlı Karen S. və 45 yaşlı Armen K.

Hazırda polis hadisənin baş vermə səbəblərini araşdırır. Onların həyatları üçün təhlükə olmadığı qeyd edilir. Faktla bağlı cinayət işi açılıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm