Paşinyanın Cənubi Qafqaz hiyləsi: Rusiya Qərblə toqquşsa... - ŞOK SSENARİ
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın Cənubi Qafqaz hiyləsi: Rusiya Qərblə toqquşsa... - ŞOK SSENARİ

“Ermənistanla Aİ arasında siyasi proseslər klassik mənada xarici siyasət vektorunun dəyişməsini ifadə edir. Bu, son dərəcə təhlükəli oyundur, onun nəticələri xalqımız üçün çox ağrılı olacaq”.

Publika.az xəbər verir ki, bu fikirləri “Sputnik Ermənistan”a müsahibəsində beynəlxalq məsələlər üzrə ekspert Qriqor Balasanyan deyib.

“Gürcüstan, Ukrayna və Moldova nümunələri bizim üçün ibrətamiz olmalı idi ki, Avropa ilə belə səviyyəli münasibətlər qurmaq bizə heç nə verməyəcək. Bir neçə yüz milyon avroluq vədlər, sərmayələr olacaq və bu, çox kiçikdir. Bizim xarici ticarət balansımızda payımız var. Hərbi komponent NATO-dur, o, Ermənistana heç vaxt silah verməyib, çünki bu, Şimali Atlantika Alyansının özünün doktrinasına ziddir”, - Balasanyan bildirib.

Erməni ekspertin fikrincə, Ermənistan-Aİ münasibətləri ümumi məsələlər və bəzi sahələrdə əməkdaşlıqla məhdudlaşır, lakin Aİ Ermənistanı xarici siyasət vektorunu dəyişməyə sövq edərsə, o zaman bunun ardınca Rusiyanın kifayət qədər sərt cavabı olacaq.

Onun fikrincə, əgər Ermənistan hakimiyyəti regional dövlətlərin, müttəfiqlərinin fikirlərinə məhəl qoymayaraq özünü Qərbin “qucağına atmağa” davam edərsə, bu, şübhəsiz ki, qumar oyunu olacaq.

“Əlbəttə, biz bütün geosiyasi mərkəzlərlə məşğul olmalıyıq, lakin eyni təhlükəsizlik sistemində olduğumuz hərbi-siyasi müttəfiqimizin Qərblə düşmən münasibətdə olduğu indiki məqamda Aİ ilə münasibətləri dərinləşdirmək üçün doğru zaman deyil. Ukraynada proseslər normallaşan zaman biz Aİ ilə əməkdaşlığı genişləndirmək barədə düşünə bilərik, həmişə nəzərə almalıyıq ki, bu əməkdaşlıq dövlət maraqlarımıza zidd olmamalıdır”, - ekspert qeyd edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüssel səfərini də şərh edən Balasanyan vurğulayıb ki, Aİ-nin təhlükəsizlik zəmanəti verdiyi ölkələr dağılmağa başlayıb, ona görə də məhz bu təminatlardan qorunmaq lazımdır.

“Avropanın bütün dəstəyi sadəcə iki illik müşahidə missiyası ilə məhdudlaşırsa, bu, təhlükəsizliyin ciddi təminatı hesab oluna bilməz. Və biz bunu nə qədər tez anlayıb reallıqla üz-üzə gəlsək, dövlətimiz lazımsız problemlərdən qaçaraq bir o qədər çox fayda görəcək”, - Balasanyan bildirib.

Onun fikrincə, bir-birini tamamlayan siyasət müttəfiqin maraqları hesabına aparılmamalıdır və müttəfiqin düşməni ilə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutmur. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin davranışı ya siyasi miopiyadan, ya da nəhayət, Ermənistanı Rusiyadan ayırmaq niyyətindən xəbər verir.

Qeyd edək ki, yanvarın 23-də Aİ ölkələrinin xarici işlər nazirləri Ermənistana iki illik mandatla göndəriləcək yeni mülki missiyanın formalaşdırılmasını təsdiqləyiblər. Aİ-nin Ermənistandakı uzunmüddətli mülki missiyasına ekspertlər və avropalı müşahidəçilər də daxil olmaqla, təxminən 100 nəfər daxil olacaq. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə inam yaratmaq və Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün Aİ-nin dəstəklədiyi səylərə əlverişli mühit yaratmaqdır.

Yanvarın 26-da isə Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora İrəvana gəlib. O, Aİ-Ermənistan Siyasi və Təhlükəsizlik Dialoqunun ilk yüksək səviyyəli iclasına sədrlik edib.

Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayaraq, Aİ nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarına gəlməsinin regiona geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə biləcəyindən ehtiyat etdiklərini bildirib: “ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqı nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması yalnız regiona geosiyasi qarşıdurma gətirə və mövcud münaqişələri daha da gərginləşdirə bilər. Aİ-nin Ermənistanda nəyin bahasına olursa-olsun mövqe tutmaq cəhdləri Rusiyanın vasitəçilik səylərinə təzyiq göstərmək, sülh zərbə vurmaqdır”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm